QR CodeQR Code

"İran xalqının elmi inkişafı düşmənləri qorxudur"

22 Dec 2010 18:14

IslamTimes - İran dövlət başçısı hegemonçuların atom bombasından deyil, İran xalqının oyanışı və elmi sıçrayışından qorxduğunu bildirib.


İRNA-nın verdiyi məlumata əsasən, Tehranda "Elmdən əmələ qədər" adlı konfransda çıxış edən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad deyib ki, hazırda İranda elmi hərəkat, inqilab və çox yüksək templi elmi fəaliyyət başlanıb və İran xalqı özünün tarixi özünəinam və etimadını yenidən bərpa edərək, elm, yeni texnologiyalar və həqiqi səmərə vermə istiqamətinə qədəm qoyub.
Elmin insan və ictimaiyyətin çiçəklənmə, səadət və kamal darvazası olduğunu bildirən Mahmud Əhmədinejad qeyd edib ki, elə bir elmi sahə yoxdur ki, İran alimləri və gənc mütəxəssisləri o sahəyə daxil olmamış olsunlar. Çünki hazırda İran xalqının tarixi inamları yenidən canlanıbdır".
İran İslam Respublikasının prezidenti öz çıxışının davamında İrandakı milli texnologiyaların inkişaf tempinin azalmamasını da vurğulayıb.
"İranın sənayesi və istehsalında daha dərin inkişaf yaranmalıdır. Bu da yeni elm və texnologiyalar haqda yeni yanaşmalara ehtiyaclıdır" – deyə Mahmud Əhmədinejad sözlərini davam etdirib.
Tehranda "Elmdən Əmələ Qədər" adlı Milli Konfransın kənarında İran İslam Respublikası prezidentinin iştirakı ilə İranda milli radio-izotop layihəsi əsasında 5 layihənin təqdimat mərasimi keçirilib.


Story Code: 47700

News Link :
https://www.islamtimes.org/az/news/47700/iran-xalqının-elmi-inkişafı-düşmənləri-qorxudur

Islam Times
  https://www.islamtimes.org