QR CodeQR Code

Nigeriya ordusu əksəriyyəti qadın olan 76 nəfəri Boko Haramdan xilas etdi

Deyerler , 31 Jul 2015 15:10

İslamtimes - Nigeriya ordusu, ölkənin şimal-şərqindəki Maiduguri şəhərində Boko Haram təşkilatına qarşı keçirdiyi döyüşlərdən sonra əksəriyyəti qadın və qız uşaqları olmaqla 76 nəfərin əsirlikdən azad olunduğunu bildirib.


Deyerler.org-un Cihan-a istinadən verdiyi xəbərə inə görə, Boko Haramın mərkəzi sayılan şəhərdə Nigeriya ordusunun təşkil etdiyi əməliyyatda xeyli sayda terrorçu öldürüldüyü və sağ ələ keçirildiyi bildirilib.

Ordu sözçüsü Polkovnik Tanko Gusau açıqlama verərək, 5-i yaşlı kişi, 59 qadın və uşaq dünən, 12 qız uşağının isə iyulun 29-da Kilakisadan azad olunduğunu bildirib.


Story Code: 477136

News Link :
https://www.islamtimes.org/az/news/477136/nigeriya-ordusu-əksəriyyəti-qadın-olan-76-nəfəri-boko-haramdan-xilas-etdi

Islam Times
  https://www.islamtimes.org