QR CodeQR Code

Avropa Çinə möhtac oldu

24 Dec 2010 11:40

IslamTimes - Çin XİN-nin rəsmi təmsilçisi Szyan Yuy Avropa Birliyinə maliyyə böhranından çıxması üçün yardım təklif edildiyini bildirib


Szyan Yuy qeyd edib ki, Çin BVF-nin Avropa Birliyinə subsidlərinə dəstək verəcək. Çin baş nazirinin müavini Van Sişan Avropa Birliyini maliyyə böhranından çıxarmaq üçün bütün zəruri addımların atılacağını söyləyib. Portuqaliya mətbuatında yazılır ki, Çin Portuqaliyanın 4-5 milyard avro dövlət borcunu bağlamaq fikrindədir.
Çin əvvəllər də Avropa Birliyinə yardım edib. Yunanıstandan 3,6 milyard avroluq istiqrazların alınması bunun yalnız bir nümunəsidir. /Reuters - HaqqYolu/


Story Code: 47868

News Link :
https://www.islamtimes.org/az/news/47868/avropa-çinə-möhtac-oldu

Islam Times
  https://www.islamtimes.org