QR CodeQR Code

HƏMAS Azərbaycanı dəstəklədi

24 Dec 2010 16:54

IslamTimes - HƏMAS lideri Xalid Məşəl: “Dağlıq Qarabağ münaqişəsində birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyirik”


“Asiyadan Qəzzaya” adlı humanitar yardım karvanının tərkibində Qəzzaya yollanan azərbaycanlı, “Yeni Şərq” araşdırmalar mərkəzinin əməkdaşı Hakim Əlizadə Suriyanın paytaxtı Dəməşqdə Qəzzanın HƏMAS hakimiyyətinin lideri Xalid Məşəl ilə görüşüb, - “Salamnyus” xəbər verir.
Dağlıq Qarabağ münaqişəsi barədə Xalid Məşəl ilə müzakirələr aparan Hakim Əlizadə HƏMAS-ın bu məsələdə mövqeyi ilə maraqlanıb. Məşəl bildirib ki, bu münaqişə ilə yaxından tanışdır. “Biz, fələstinlilər dünyanın hər bir yerində tiranlığı və işğalı qəti şəkildə pisləyirik. Dağlıq Qarabağ məsələsinə gəlincə isə, bu, müsəlmanların tarixi torpaqlarıdır və artıq uzun illərdir davam edən işğaldan azad olmaq vaxtı gəlib çatıb. Haqq və ədalət öz yerini tapmalı və Azərbaycanın ərazi bütövlüyü beynəlxalq qanunvericilik çərçivəsində təmin edilməlidir. Biz bu məsələdə birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyirik”, - deyə HƏMAS lideri əlavə edib.
Görüşün sonunda Xalid Məşəl Fələstin əhalisinə verdiyi dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib. Daha sonra humanitar yardım karvanının iştirakçıları Dəməşq şəhərindəki fələstinli qaçqınların düşərgələrinə baş çəkiblər. /Deyerler/


Story Code: 47880

News Link :
https://www.islamtimes.org/az/news/47880/həmas-azərbaycanı-dəstəklədi

Islam Times
  https://www.islamtimes.org