0
Friday 24 December 2010 - 19:40

Cümə namazında yenə hicabdan danışıldı

Story Code : 47894
Cümə namazında yenə hicabdan danışıldı
Cümə namazında yenə hicabdan danışıldı
İslam-Azeri.Az İnternet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə, o, özünü və namaz iştirakçılarını əvvəlcə ilahi təqvaya riayyət etməyə dəvət edib.
Birinci xütbəsində Kərbəla hadisələrinə toxunan xətib İslam Peyğəmbərinin İmam Huseyn barədə dediklərinə işarə edib. “Məhəmməd Peyğəmbər (s) minbərdə xütbə söyləyən zaman İmam Huseyn (ə) uşaqlarla oynayanda birdən yıxılır. Bunu görən İslam Peyğəmbəri xütbəsini saxlayır və İmam Huseyni qucağına alaraq onunla birlikdə minbərə qalxır. Bunu görən ümmət necə oldu ki, 50 il sonra İmam Huseyni qətlə yetirdi? Onu düşmən bildi və şəhid etdi”.
İmam Huseynin Aşura günü dedikləri cümlələrə işarə edən xətib sözlərini belə davam edib: “Biz keçən bəhsimizdə dediyimiz kimi ümmətin islaha ehtiyacı var idi. İmam Huseynin (ə) özüdə buyur ki, “mən ümməti islah etmək üçün qiyam etdim”.
İslam Peyğəmbərinin dövründə insanların azad yaşadığını önə çəkən xətib sözlərini belə davam edib: “Həddən artıq azadlıq görənlər yollarını azdılar. İnsanlar Peyğəmbərin və Əhli-Beyt (ə)-ın böyüklüyündən istifadə edib cinayətə əl atdılar”.
"Məşhədi Dadaş" məscidinin Cümə namazının xətibliyini icra edən Hacı Şahin Həsənli birinci xütbəsinin sonunda ölkədəki hicab qadağasına da toxunub. O təhsildəki problemləri hicabla əlaqələndirənləri tənqid edərək deyib: “Bu məsələni süni qızışdırmaq istəyənlər var. Bunu televiziyalarda da görmək olar. Təhsildəki problemlərin səbəbi kimi hicabı göstərirlər. Bəzi telekanallar bunu ictimaiyyətə yeritmək istəyir. Lakin bu insanların çıxışlarından onların nə qədər səviyyəsiz olduğu açıq-aydın görünür. Əslində hər kəs öz şəxsiyyətini göstərir”.
Bu məsələnin həllinin hər bir tərəf üçün xeyirli olduğunu önə çəkən xətib deyib: “Hicab probleminin həll olacağına burdan söz vermirəm. Yəni heç kəsi buna ümidvar etmirəm. Lakin iqtidarda ağıllı insanların olmasını və bu qadağanın ləğvinə qış tətilindən sonra son qoyulacağını düşünürük”.
Avropanın təhsil ocaqlarında da belə bir qadağanın olmadığını diqqətə çatdıran İmam Cümə, digər dünyəvi ölkələrdəki kimi Azərbaycanda da hicabın məktəbli geyiminə uyğun şəkildə tətbiq ediləcəyinə ümidvarlığını bildirib.
Xətib ikinci xütbsində əvvəlki həftələrdə etdiyi xütbələrin mövzusunu yada salaraq insanların narahatçılığının iki növünün olduğunu bildirib.
“Elə şeylər var ki, onlar üçün narahat olmamalısan. Lakin elə məsələlər var ki, ona görə narahat olmaq, insanın kamilliyinə səbəb olur. Hər bir mömin öz aqibətinə görə narahat olmalıdır. Lakin bu narahatçılıq insanı naumid etməməlidir”- deyən İmam Cümə bir alimin fikirlərinə işarə edib: “Alimlərdən birinə sual verdilər əgər desələr sənin bir duan qəbul olacaq hansı duanı edərsən? O cavabında buyurmuşdu ki, İlahi mənim aqibətimi xeyir et”. Bu alim deyir ki, bir dua mənim bəsimdir. İnsan bağışlanıb ölsə, onun üçün qorxu yoxdur”.
Xətib günahların təhlükəli olmasına işarə edərək bağışlanmamış günahların əfvi üçün Allaha dua etməyin vacibliyini önə çəkib.
Hacı Şahin İmam Huseyn (ə) məclislərində axıdılan göz yaşlarının günahın bağışlanması üçün rolunun böyük olmasını diqqətə çəkərək bu barədə mötəbər hədislərin mövcudluğunu diqqətə çəkib.
Comment