QR CodeQR Code

ÜST: "Yəmən baş verən münaqişə nəticəsində 4200 nəfər həlak olub"

15 Aug 2015 10:50

IslamTimes - Ümumdünya Səhiyyə Təşkilatının Yəmən münaqişəsi ilə bağlı yaydığı son hesabata əsasən, bu ölkədə mart ayının 19-dan etibarən 4200 nəfərdən çox insan həlak olub.


Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir ki, Səudiyyənin Yəmənə qarşı törətdiyi qətliam nəticəsində 21288 nəfər yaralanıb.
"Mart ayının 19-dan etibarən 4255 nəfər həlak olub, 21288 nəfər isə yaralanıb. Baş verən münaqişə nəticəsində 1,27 milyon insan yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalıblar. Yəməndə yaxın müddət ərzində vəziyyət dəyişməsə bu rəqəmlər artmağa davam edəcək", - deyə Ümumdünya Səhiyyə Təşkilatından bildiriblər.


Story Code: 479918

News Link :
https://www.islamtimes.org/az/news/479918/üst-yəmən-baş-verən-münaqişə-nəticəsində-4200-nəfər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org