0
Saturday 15 August 2015 - 15:52

Ermənilər Tovuzun sərhəd kəndlərində yanğınlar törədiblər

Story Code : 479978
Ermənilər Tovuzun sərhəd kəndlərində yanğınlar törədiblər
Ermənilər Tovuzun sərhəd kəndlərində yanğınlar törədiblər
APA-nin qərb bürosunun verdiyi məlumata görə, ötən gün günorta saatlarından etibarən Tovuzun sərhəd kəndləri olan Ağdam və Əlibəyli ermənilər tərəfindən yandırıcı güllələrdən atəşə tutulub. Nəticədə kəndlərin yaxınlığında olan otlaq sahələrində yanğın başlayıb. Axşam saatlarında alov Ağdam kəndində yaşayış evlərinə yaxınlaşdığından yanğınsöndürənlər əraziyə çağırılıb. Tovuz Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun kəndə ziyan vurmaması üçün qabaqlayıcı tədbirlər görüblər. Kənd sakinləri bildiriblər ki, ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovu tez bir zamanda kəndə istiqamətləndirə bilib. Alovdan qorunmaq üçün qaçan yırtıcılar və sürünənlər də kəndlər üçün təhlükə yaradırlar.
Source : Apa
Comment