QR CodeQR Code

Gül Qarabağın azad edilməsini Ermənilərdən tələb etdi

IslamTimes , 25 Dec 2010 12:23

Islamtimes - CNN Türk telekanalının yayımladığı məlumata əsasən Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül mətbuat konfransında Qarabağın Erməni işğalından azad edilməli olduğunu bildirib.


İslamtimes.or/az - - Gül deyib :"Qafqazdakı problemlərin həll olması üçün ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi lazımdır və azərbaycanlı qaçqınlar öz torpaqlarına qayıtmalıdır".
Prezident həmçinin qeyd edib ki, biz Ermənistan da daxil olmaqla qonşularımızla münasibətlərin yaxşı olmasını istəyirik və Ermənistanla münasibətlərdə müsbət addımlar atdıq. Lakin Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər digər bir addım atmağa zəmin yoxdur.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Sadiq İmanov (İslamtimes. Bakı)


Story Code: 47998

News Link :
https://www.islamtimes.org/az/news/47998/gül-qarabağın-azad-edilməsini-ermənilərdən-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org