QR CodeQR Code

Azərbaycandakı hicab qadağasına Türkiyədən etiraz

26 Dec 2010 11:01

IslamTimes - Azərbaycanın təhsil müəssisələrində hicaba qoyulan qadağaya etiraz əlaməti olaraq Türkiyədə izdihamlı yürüş keçirilib


FaktXeber-in verdiyi məlumata görə, Azərbaycanın təhsil müəssisələrində hicaba qoyulan qadağaya etiraz əlaməti olaraq Türkiyədə izdihamlı yürüş keçirilib. "İsra" Mədəniyyət Mərkəzinin təşkil etdiyi aksiyaya İstanbulun Ağa məscidində qılınan namazdan sonra start verilib.
Yürüş Taksim meydanına qədər davam edib. Aksiya iştirakçıları təkbirlər deyərək, "Hicaba uzanan əllər kəsilsin!", "Bakıya salam, müqavimətə davam!", "İslam ümməti qəbul etməz zilləti!", "Hər yer Kərbəla, hər gün Aşura!", "Müsəlman zülmə boyun əyməz!", "Kədərlənmə, üzülmə, Allah səninlə!", "İslam - dinimiz, azadlıq - yolumuz!" şuarları səsləndiriblər.
Azərbaycanda hicaba qoyulan qadağaya etiraz edən türkiyəlilər əllərində "Azərbaycanda edilən zülmləri və hicaba qoyulan qadağanı pisləyirik!", "Yaşasın Azərbaycan hicab müqavimətimiz!", "Müqavimət göstər, Allah səninlə!", "Hər Firona bir Musa, hər Yezidə bir Hüseyn!" plakatları daşıyıblar.
Aksiyanın sonunda İsrail bayrağı yandırılıb.


Story Code: 48057

News Link :
https://www.islamtimes.org/az/news/48057/azərbaycandakı-hicab-qadağasına-türkiyədən-etiraz

Islam Times
  https://www.islamtimes.org