0
Sunday 26 December 2010 - 13:00

İstanbulda izdihamlı etiraz aksiyası baş verdi 2

Story Code : 48076
İstanbulda izdihamlı etiraz aksiyası baş verdi 2
İstanbulda izdihamlı etiraz aksiyası baş verdi 2
Islam times.org/az - Xəbər verdiyimiz kimi dekabrın 25 Azərbaycanda hicabın qadağan edilməsi İstanbulda təşkil edilən bir yürüş ilə etiraz edildi.

İsra Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən etiraz hərəkəti İstiqlal Prospektində yerləşən Ağa məscidində qılınan günorta namazının ardınca başladı.

Bölünmə Meydanına qədər edilən yürüş əsnasında tez-tez təkbir gətirilib "Hicaba Uzanan Əllər Qırılsın" "Yaşasın Başörtü Direrişimiz" "Bakıya Salam Müqavimətə Davam" "İslam Ümməti Qəbul etməz Zilləti" "Hər Yer Kərbəla Hər gün Aşura" "Müsəlman Zülmə Boyun Əyməz" "Sionist Aliyev Hesep Verəcək" "Kədərlənmə Boşalma Allah Səninlə" "İslam Dinimiz Azadlıq Yolumuz" şüarları səsləndi.

Üzərində "Azərbaycanda Edilən Zülmlər və Hicab Qadağasını Etiraz Edirik" yazılı plakatları daşıyan etirazçı müsəlmanlar üzərlərində "İslami müqavimətə Maneə törədilə bilməz" "Yaşasın Azərbaycan Hicab Müqavimətimiz" "Müqavimət göstər, döz, Allah Səninlə" "Hər Yer Kərbəla Hər gün aşura" "Hər Fironaya Bir Musa, Hər Yezidə Bir Hüseyn" "Hicab Namusumuzdur el çəkməyəcəyik" yazıları daşıdılar.

Bölünmə meydanına qədər gedən yürüşdən sonra meydanda toplanan etirazçı müsəlmanlar adından çıxışlar edildi.

Sadiq İmanov (İslamtimes. Bakı)
Source : IslamTimes
Comment