QR CodeQR Code

"Cundullah"ın yeni rəhbəri İrana təhvil veriləcək

26 Dec 2010 14:31

IslamTimes-in Pakistandakı müxbiri Pakistanın Təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, "Cundullah" qruplaşmasının yeni rəhbəri olan Əbdülmalik Riginin böyük qardaşı Əbdülrauf Rigi dindirilmədən sonra İrana təhvil veriləcək.


Bir müddət öncə Əbdülrauf Riginin həbs olunması haqda yayılan məlumatlardan sonra onun İrana təhvil veriləcəyi xəbəri yayılıb.
Dekabr ayının "Tasua" günündə 40 nəfərin həlak olunması ilə nəticələnən terror aktından sonra "Cundullah"ın yeni rəhbərinin axtarış prosesi daha da gücləndirilmişdi. Nəhayət, Pakistan Təhlükəsizlik orqanları Abdülrauf Rigini İran-Pakistan sərhəddində Londonda yerləşən bir informasiya agentliyi ilə telefon bağlantısı yaradarkən yaxalayıb.
Maraqlısı isə burasındadır ki, Abdulrauf Riginin tutulması İran və Pakistan prezidentlərinin Türkiyədəki görüşü zamanı baş verib. Pakistan prezidenti həmin görüşdə terroristlərə Pakistan torpaqlarından istifadəyə icazə verməyəcəyini söz vermişdi.
"Cundullah" qruplaşmasının sabiq rəhbəri Abdulmalik rigi 2010-cu ilin fevral ayında Dubaydan Qırğızıstana uçuş zamanı İran Təhlükəsizlik orqanları tərəfindən saxlanılmışdı. O etiraf etmişdi ki, "SIA" və "MOSSAD" kimi təşkilatlar onlara İranda terror aktları törətmək üçün maddi yardımlar göstərir.


Story Code: 48090

News Link :
https://www.islamtimes.org/az/news/48090/cundullah-ın-yeni-rəhbəri-irana-təhvil-veriləcək

Islam Times
  https://www.islamtimes.org