QR CodeQR Code

Moskvada həyat dayanıb

26 Dec 2010 17:23

IslamTimes - Moskva ətrafında 100 min sakin işıqsız qalıb, “Domodedovo” beynəlxalq aeroportunun da elektrik enerjisi kəsilib


Moskva vilayətində 100 min nəfərə qədər sakin elektriksiz qalıb.
APA-nın məlumatına görə, Moskva Birləşmiş Elektrik Şəbəkəsi Şirkətindən bildirib ki, kəskin hava səbəbindən müxtəlif gücə malik 72 elektrik verilişi xətti kəsilib, bir neçə yarımstansiya işləmir. Moskvanın özündə isə enerji təchizatında problem yoxdur.
Elektrik kəsintisinin əsas səbəbi elektrik verilişi xətlərinin buz bağlamasıdır. Dekabrın 25-də Moskva regionunda buzlu yağış yağıb. Yağışdan sonra küçələrdə də güclü buzlaşma olub. Dekabrın 26-da da vəziyyət dəyişməyib. Yollar buz bağladığından şəhər rəhbərliyi sakinləri evlərindən çıxmamağa, avtomobillərdən imkan daxilində az istifadə etməyə çağırıb.
Yaşayış binaları ilə yanaşı, “Domodedovo” beynəlxalq aeroportu da işıqsız qalıb.


Story Code: 48114

News Link :
https://www.islamtimes.org/az/news/48114/moskvada-həyat-dayanıb

Islam Times
  https://www.islamtimes.org