Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada “RS-12М Topol” raketinin uğurla sınaqdan çıxdığı bildirilib:
“Ballistik raketin sınağı “Kapustin yar” poliqonunda baş tutub. Atılan raket Qazaxıstanın “Sarı-Şaqan” poliqonundakı hədəfi dəqiqliklə məhv edib”.
Təxminən 45 ton ağırlığında olan “RS-12М Topol” qitələrarası ballistik raketi 10 min kilometr mənzilli döyüş başlığı daşıya bilir.