0
Thursday 27 August 2015 - 13:45

"İran yalnız S-300 komplekslərinin ixrac olunmasından sonra Rusiyaya qarşı qaldırdığı iddiadan imtina edəcək"

Story Code : 482335

Deyerler.org-un "İtar-tass"a istinadən verdiyi xəbərə görə, hal-hazırda İran və Rusiya rəsmi Tehranın S-300 zenit-raket komplekslərinin 2007-ci ildə ixrac olunmamasına dair qaldırdığı təzminat iddiasına dair razılaşma əldə edə bilməyiblər.

"Müzakirələr hələ də davam edir. Yekun razılaşma hələ ki, əldə olunmayıb. İrana tərəfi S-300 zenit-raket kompleksləri ixrac edəndən sonra təzminat iddiasının ləğv edilməsini təklif edir. Rusiya isə təzminat iddiasının raket komplekslərinin ixrac olunmamasından əvvəl ləğv edilməsinə təkid edir", - deyə diplomatik mənbənin verdiyi məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya 2007-ci ildə S-300 zenit-raket komplekslərini ixrac etməkdən imtina etmişdi. Bunun müqabilində İran məhkəmədə Rusiya qarşı təzminat iddiası qaldırmışdı.
Source : Deyerler
Comment