0
Tuesday 28 December 2010 - 02:07

Ayətullah Nuri Həmədani hicab qadağası haqda

Story Code : 48274
Nuri Həmədani
Nuri Həmədani
Azərbaycanda orta məktəblərdə tətbiq olunan hicab qadağası artıq dünya səviyyəsində müzakirə olunmaqdadır.
İslam-Azeri.az İnternet qəzetinin “Farsnyus”a istinadən verdiyi xəbərə görə, bu mövzu ilə əlaqədar Azərbaycandan bir qrup dindar İslam aləminin böyük mərcei təqlid müctehidlərindən olan Ayətullah Nuri Həmədanidən münasibət öyrəniblər.
Ayətullah Nuri Həmədani hicabın İslamın atributlarından olduğunu önə çəkərək deyib: “Bu mövzu ki, sual etmisiniz bu layihə İslam dini ilə düşmən olan qərb dövlətlərinin layihəsidir. Hicab Allahın vacibi hökmlərindəndir ki, bundan onlar qorxurlar.
Ümidvariq ki, müsəlman dövləti olan Azərbaycan, müsəlmanların narahatçılığına xoşməramla cavab verəcək. Və hər bir müsəlmana da vacibdir ki, hicabı hifz etmək üçün səy və müqavimət etsin!”
Comment