QR CodeQR Code

Gəncə dindarlarının həbsi davam edir

28 Dec 2010 12:54

IslamTimes - Qardaşımı dünən axşam Gəncə polis işçiləri gəlib evdən apardılar


Dünən axşam Gəncə sakini Füzuli Abbasov Gəncə polis işçiləri tərəfindən evdən heç bir əsas olmadan polis bölməsinə aparıblar. "Qaynar Xətt"imizə zəngə edən Füzuli Abbasovun qardaşı bildirdi ki, hal-hazırda Füzuli Abbasovun hansı polis bölməsinə aparıldığı haqqda heç bir məlumat verilmir. Qardaşımı dünən axşam Gəncə polus işçiləri gəlib evdən apardılar. Dünən axşamdan etibarən qardaşım polis bölməsində saxlanılır. Onun barəsində bizə heç bir məlumat verilmir.
Qeyd edək ki, Fizuli Abbasovun hicab qadağasına etiraz olaraq 24 dekabrda Gəncədə keçirilmiş etiraz aksiyasında iştirak etdiyinə görə həbs edildiyi gümna edilir. Artıq bu neçənci dəfədir ki, Gəncə inanclıları qanunsuz olaraq polis bölməsinə aparılır və orada təzyiqlərə məruz qalırlar. /FaktXeber/


Story Code: 48317

News Link :
https://www.islamtimes.org/az/news/48317/gəncə-dindarlarının-həbsi-davam-edir

Islam Times
  https://www.islamtimes.org