QR CodeQR Code

ABŞ Azərbaycana təzyiqin başladığını rəsmən elan etdi

Virtualaz , 2 Sep 2015 14:49

İslamtimes - ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Samanta Pauer dünən Dövlət Departamentində keçirdiyi brifinqdə dünyanın hər yerindən olan 20 nəfər qadının siyahısını təqdim edib.


Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, daimi nümayəndə ABŞ Dövlət Departamentinin onların azad olunması üçün dəstək kampaniyasına başladığnı vurğulayıb. Onun sözlərinə görə, siyahıya siyasi və digər məhbusların adı daxildir: “Biz sizi unutmamışıq, biz azad olunmağınız üçün sizin hökumətlərinizə təzyiqlər göstərməkdə davam edirik”.

Yeri gəlmişkən, Dövlət Departamentinin həmin siyahısında Azərbaycandan iki nəfərin - bu yaxınlarda 7,5 il həbs cəzası almış Xədicə İsmayılova ilə, 8.5 illik həbsə məhkum edilən Leyla Yunusun da adı var.


Story Code: 483572

News Link :
https://www.islamtimes.org/az/news/483572/abş-azərbaycana-təzyiqin-başladığını-rəsmən-elan-etdi

Islam Times
  https://www.islamtimes.org