QR CodeQR Code

Azərbaycan Türkiyə ilə birgə döyüş sursatları istehsal edəcək

29 Dec 2010 08:38

IslamTimes - Azərbaycan və Türkiyə birlikdə döyüş sursatlarının istehsalını həyata keçirəcək. Bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyindən məlumat verilib


Artıq bununla bağlı bir neçə Türkiyə şirkəti və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin analoji zavodu arasında müvafiq müqavilələr imzalanıb, Azərbaycana texniki yardımlar göstərilib. Müqavilələr çərçivəsində müasir texnologiyaların tətbiqi ilə atıcı silahlar, aviasiya və artilleriya silahları üçün müxtəlif döyüş sursatlarının, reaktiv atəş sistemləri üçün raketlərin istehsalı həyata keçiriləcək.
Gələn ildən başlayaraq Azərbaycan müəssisələrində istehsal olunacaq iri çaplı döyüş sursatlarının həm Azərbaycan və Türkiyə silahlı qüvvələrinin təchizatı, həm də xarici bazarlara çıxarılması nəzərdə tutulur.
Katiblikdən o da bildirilib ki, 2010-cu ildə müştərək istehsala dair Türkiyə və Azərbaycan arasında 5 müqavilə imzalanıb. Bu müqavilələrdən ikisi sırf döyüş sursatlarının istehsalına aiddir.


Story Code: 48382

News Link :
https://www.islamtimes.org/az/news/48382/azərbaycan-türkiyə-ilə-birgə-döyüş-sursatları-istehsal-edəcək

Islam Times
  https://www.islamtimes.org