QR CodeQR Code

Davudoğlu Qarabağdan danışdı

29 Dec 2010 09:07

IslamTimes - Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə olunmasından asılıdır.


APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlı TRT-1 telekanalına müsahibəsində deyib.
Onun fikrincə Türkiyə istəyir ki, Ermənistanla davamlı münasibətlər qursun. Bunun üçün regionda münaqişələrin həlli istiqamətində tərəqqiyə nail olunmalıdır.
O eyni zamanda türk və erməni xalqları arasında dialoqun yaranmasının vacibliyini qeyd edib.
ABŞ Konqresində uydurma “erməni soyqırımı” məsələsinin müzakirəsindən danışan Davudoğlu Türkiyəni bu məsələ ilə şantaj edilməsinin yolverilməzliyini vurğulayıb. Konqresdə “soyqırım” məsələsini qaldıran insanların 1915-ci ildə bu bölgədə baş verən hadisələrdən təsəvvürü belə olmadıqlarını bildirdi. Davudoğlu deyib ki, ABŞ konqresmenlərinin bu kimi hərəkəti Türkiyə və Ermənistan münasibətlərini daha da gərginləşdirir.


Story Code: 48385

News Link :
https://www.islamtimes.org/az/news/48385/davudoğlu-qarabağdan-danışdı

Islam Times
  https://www.islamtimes.org