QR CodeQR Code

Roma Papası qaçqınlarla bağlı katolik cəmiyyətinə müraciət etdi

7 Sep 2015 09:45

IslamTimes - Roma Papası Fransısk Avropa katoliklərinə Yaxın Şərq və Afrikadan olan qaçqınlarla bağlı müraciət edib.


Roma Papası Avropadakı bütün monastırlar və məbədləri sığınacaq kimi qaçqınlara verməyə çağırıb.
“Katolik cəmiyyəti ölümdən, müharibədən və aclıqdan qaçanlara sığınacaq verməyə çağırıram. Bu yaranmış vəziyyətdə mərhəmətin konkret jesti olardı”, - katolik lider söyləyib.
“Reuters”in məlumatına görə, İtaliya 25 mindən çox qaçqını qəbul edib. Agentlik xatırladır ki, Fransıskin özü Argentinada məskən salmış italyan mühacirlərinin nəvəsidir. /publika/


Story Code: 484462

News Link :
https://www.islamtimes.org/az/news/484462/roma-papası-qaçqınlarla-bağlı-katolik-cəmiyyətinə-müraciət-etdi

Islam Times
  https://www.islamtimes.org