QR CodeQR Code

Hacı İlqar İbrahimoğlu:

"SIONIZM TERRORUNUN RƏHBƏRININ BAKIYA SƏFƏRI RÜSVAYÇILIQ VƏ BIABIRÇILIQDIR"

Turan , 13 May 2009 10:59

Bakının "İslam mədəniyyəti paytaxtı" elan edildiyi 2009-cu ildə sionist rəhbərinin Şimon Peresin Azərbaycana səfəri növbəti absurdlardan biridir.


Turan informasiya aqentliyinin Şimon Peresin Azərbaycana gözlənilən səfəri ilə bağlı sualına İçəri-şəhər "Cümə" məscidinin imam-camaatı, DEVAMM-ın rəhbəri ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu bu cür fikir söyləmişdir.

Sionist rejimin işğalçı siyasət yürütdüyünü və bu ilin yanvar ayından Qəzza bölgəsində başladığı əməliyyatları terror sayan DEVAMM sədri bu əməliyyatlarda təkcə 300 dən çox uşağın qətlə yetirildiyini bildirib. «Belə terrora rəhbərlik edən bir şəxsin Bakıya səfərə gəlməsi rüsvayçlıq və biabırçılıqdır», - deyə İ.İbrahimoğlu gözlənilən səfərə qiymət verib. Onun fikrincə, insan haqları baxımından da bu səfər ölkəyə başucalığı gətirmir və əslinə qalsa, bu səfərdən xeyirli nə isə gözləmək olmaz.


Story Code: 4847

News Link :
https://www.islamtimes.org/az/news/4847/sionizm-terrorunun-rəhbərinin-bakiya-səfəri-rüsvayçiliq-və-biabirçiliqdir

Islam Times
  https://www.islamtimes.org