QR CodeQR Code

Almaniyalı keşiş İslamın müdafiəsinə qalxdı

29 Dec 2010 18:17

IslamTimes - Almaniya katoliklərinin lideri xristianları müsəlmanları təxribatçılardan müdafiə etməyə çağırdı


Almaniyanın 26 milyonluq katolik icmasının lideri, arxiyepiskop Robert Zolliç müsəlmanların müdafiəsinə qalxaraq, xristianları müsəlmanları araqızışdıranlardan müdafiə etməyə çağırıb, - “İslamnyus” xəbər verir.
Katolik yepiskopları konfransının lideri Robert Zolliç bildirib ki, hazırda kilsə müsəlmanlar ilə dialoqun tərəfdarıdır.
“Bizim ölkəmizdə həm xristian, həm dinsiz, həm də digər dindən olan bir insan terrorçu ola bilər. Terrorçuluq insanın dini ideologiyasından asılı deyil”, - deyə katoliklərin rəhbəri bildirib.
Zolliç əlavə edib ki, Almaniyada terrorizm digər vətəndaşlar kimi müsəlman vətəndaşlar üçün də eyni təhlükə yaradır. /Deyerler/


Story Code: 48484

News Link :
https://www.islamtimes.org/az/news/48484/almaniyalı-keşiş-islamın-müdafiəsinə-qalxdı

Islam Times
  https://www.islamtimes.org