0
Wednesday 29 December 2010 - 18:32

Obamanın Bakıdakı "obyektləri"nin sayı artır

Story Code : 48490
Obamanın Bakıdakı "obyektləri"nin sayı artır
Obamanın Bakıdakı "obyektləri"nin sayı artır
Belə ki, metronun “Əhmədli” və “Neftçilər” stansiyaları yaxınlığında fast-food restoranlar şəbəkəsinin yeni şöbələrinin açılması üçün hazırlıq işlərinə başlanılıb. Yeni restoranların tikiləcəyi ərazi hasarlanıb və qazıntı işlərinə başlanılıb.
Qeyd edək ki, hazırda Bakıda “McDonalds”ın beş restoranı fəaliyyət göstərir. Onlardan ikisi metronun “Gənclik” və “Nərimanov” metro stansiyalarının yaxınlığında, biri Fəvvarələr meydanında, qalan ikisi isə Xətai rayonu ərazisində və Şüvəlanda yerləşir. Məlumat üçün bildirək ki, bir müddət əvvəl “Gənclik” metrosu istiqamətində başlayan yol qovşağı tikintisi səbəbi ilə buradakı restoranın söküləcəyi, yenisinin tikilməsi üçün isə ərazinin ayrılmayacağı bildirilirdi.
Onu da yada salaq ki, “Coca-Cola” içkisi istisna olmaqla, “McDonalds” yeməkləri üçün bütün məhsullar xaricdən Bakıya hazır vəziyyətdə gətirilir. Kartof məhsulları Niderlandda, ət-süd məhsulları Ukraynada, sous Almaniyada istehsal olunur. Firmanın əsas tədarükçüsü isə Moskvadakı regional mərkəzidir.
“McDonalds” restoranlarının birbaşa ABŞ prezidenti Barak Obamanın “obyektləri” sayılması isə əbəs yerə deyil. Belə ki, “McDonalds” korporasiyasının mərkəzi ofisi Obamanın prezident seçilənə qədər senatoru olduğu İllinoys ştatının inzibati mərkəzi olan Çikaqoda yerləşir. 2005-ci ildə B.Obama Senatın Xarici Əlaqələr Komitəsinin o vaxtkı rəhbəri Riçard Luqarla birlikdə Bakıda səfərdə olarkən onun “McDonalds” restoranları üçün lobbiçilik etdiyi üzə çıxmış, prezident İlham Əliyevlə görüşərkən fast-food şəbəkəsini genişləndirmək üçün danışıqlar aparmışdı. Hələ o vaxtlar şirkət Bakıdakı restoranlarının sayını 7-yə çatdırmağı və Sumqayıtda restoranlar açmağı nəzərdə tuturdu. 2007-ci ildə “McDonalds” korporasiyasının mərkəzi ofisi Bakıda daha 3 restoran tikməyə icazə vermişdi.
“McDonalds” korporasiyasının Bakı nümayəndəliyindən aldığımız məlumat görə, “Əhmədli” və “Neftçilər” metro stansiyalarının yaxınlığında inşa edilən yeni restoranların tikintisi may ayında bitəcək. /SizinYol/
Comment