QR CodeQR Code

ABŞ İsrail əsgərlərinin Əl-Əqsa məscidinə hücumuna sərt reaksiya verdi

15 Sep 2015 10:23

IslamTimes - ABŞ rəhbərliyi, sionist İsrail hәrbi qüvvələrinin Şərqi Qüds və Əl-Əqsa məscidində yaratdığı gərginlikdən "dərin narahatçılıq" keçirdiyini bildirərək, bütün zorakılıq hadisələrini qəti olaraq qınadıqlarını bəyan edib.


ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi, gündəlik mətbuat brifinqində, İsrail rejiminin əsgərlərinin sionist gəlmələri müşaiyyəti altında Əl-Əqsa məscidinə basqını və dinc fələstinlilərə sərt müdaxiləsi ilə bağlı bəyanat verib.
Kirbi bəyənatında, Əl-Əqsa və daxilindəki müsəlmanları hədəfә alan hücumlara sionist gəlmələrin də müdaxilə etdiyini, eləcə də bir ay əvvəl fәləstinli bir uşağın sionist gəlmələr tərəfindən yandırıldığına işarə edib. "Onları (sionistləri) terrorçu kimi göstərmirsiniz, amma HƏMAS-ı terrorçu olaraq görürüsünüz. Bu ikili standart deyilmi?", - deyə o bildirib. /deyerler/


Story Code: 485723

News Link :
https://www.islamtimes.org/az/news/485723/abş-israil-əsgərlərinin-əl-əqsa-məscidinə-hücumuna-sərt-reaksiya-verdi

Islam Times
  https://www.islamtimes.org