0
Wednesday 16 September 2015 - 09:35

İran: Cinayətkarın cəzası kitab oxumaqdır

Story Code : 485938
İran: Cinayətkarın cəzası kitab oxumaqdır
 İRNA agentliyinin məlumatına görə hakim “həbsxana cəzasının məhbuslara və onların ailələrinə vurduğu sağalmaz fiziki və psixoloji zədələrin qarşısını almağa” çalışır.
Məhkumlardan 5 kitab götürüb oxumaları, sonra isə bu kitablara dair icmal yazmaları və hakimə təqdim etmələri tələb olunur.
Bu cəzanın həm maarifləndirici, həm də mənəvi olduğu bildirilir. Məhkumlardan, habelə icmalda Məhəmməd peyğəmbərə aid hədislərin birindən misal gətirilməsi istənir.
Yenicə qəbul edilmiş qanuna görə indi hakimlər müəyyən işlər barədə alternativ qərarlar çıxara bilərlər. Hakim Nəqizadə özünün “ədəbi hökmlərini” kiçik cinayət işlərinə baxılması zamanı verir. Bu cəza həmçinin yeniyetmələrə və cinayəti bilmədən törədənlərə və əvvəllər məhkumluğu olmayanlara şamil edilir. Məhkumlar oxunacaq kitabları onlara verilmiş siyahıdan özləri seçə bilərlər.
“Kitablar elə seçilib ki, məhbuslar savad və bilik səviyyələrindən, habelə yaşlarından asılı olmayaraq onları oxuya bilsinlər, – deyir hakim Nəqizadə, – sadə dildə yazılmış bu kitabların arasında dərin elmi ədəbiyyat da var”.
Hakim bunu da əlavə edib kİ, kitab cəzasının iki başqa xeyri də var. Birincisi məhbuslara kitab ianə edilir və onların həbsxanada bir-biri ilə dava etmələrinə vaxtları qalmır. /deyerler/
Comment