0
Friday 31 December 2010 - 00:10

Çinin yeni raketi ABŞ-ı qorxuya salıb

Story Code : 48595
Çinin yeni raketi ABŞ-ı qorxuya salıb
Çinin yeni raketi ABŞ-ı qorxuya salıb
ABŞ-ın Sakit okeandakı komandiri Admiral Robert Villard bildirib ki, "Çinin yeni balistik raketi bölgədəki ABŞ kosmik gəmilərini təhdid edir." Artıq bundan sonra ABŞ Sakit okeandakı hərbi qüvvələrini kifayət qədər qoruya bilməyəcək.
Sakit okean ölkələri Çinin bölgədə sürətlə artan hərbi gücündən narahatdırlar. Bir müddət əvvəl Yaponiya yeni bir müdafiə planı həyata keçirəcəyini açıqlamışdı və bu plandan məqsəd Çinin artan gücünə qarşı tarazlığı bərpa etmək idi. Amma Çinin gündəmə gətirdiyi "Dongfeng 21 D" raketi Sakit okeandakı hərbi güc tarazlığını yenidən pozdu.
Analitiklər, "Dongfeng 21 D" raketinin, ABŞ kosmik gəmilərinin Çinin quru sularına yaxınlaşmağa imkan verməyəcəyi qənaətindədirlər. Çin, ABŞ-ın müdaxilələrinin qarşısını almaq və Tayvan sahilindəki nüfuzunu artırmaq üçün "Dongfeng 21 D" raketindən istifadə edəcək.
"Dongfeng 21 D" raketi, peyklərin köməyi ilə təyyarə daşıyan gəmiləri vurmaq xüsusiyyətinə malikdir. Peyklərdən əlavə balistik raket hədəfini tapa bilir. Kosmik gəmilər və bu gəmilərə müşayət edən döyüş gəmiləri isə bu cür hücumlara qarşı tamamilə müdafiəsiz qalacaq. Qeyd edək ki, Pentaqon iddia edir ki, Çinin hazırda 60 ədəd "Dongfeng 21 D" raketi var. /SizinYol/
Comment