0
Friday 31 December 2010 - 01:13

Semyon İxilov Paşazadəyə söz verib?

Story Code : 48604
Semyon İxilov Paşazadəyə söz verib?
Semyon İxilov Paşazadəyə söz verib?
Elə bunun ardınca təhsil naziri jurnalistlərə açıqlamasında Azərbaycan orta məktəblərində hicaba qadağaya münasibət bildirərkən deyib: “Bu məsələdə əsas məqsəd Azərbaycan qanunlarına hörmət etməkdir... Biz hamını buna dəvət edirik. Əminəm ki, bu işimiz uğurlu olacaq. Bu iş heç kəsə, o cümlədən İslam dininə, müsəlmançılığa qarşı qoyulmayıb. Əslində bizim gördüyümüz iş İslamın nüfuzunu artırmaq üçün atılan addımdır. Mən bunu məsuliyyət hissi ilə deyirəm”.
Müxbirimiz Misir Mərdanov həzrətlərinin bəyanatından sonra Şeyxülislamın son ümid yeri olan Bakı Dağ Yəhudi İcmasının sədri Semyon Borisoviç İxilovla görüşdüyünü bildirir. Bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQDK) Prezident İlham Əliyevin Sərəncamına əsasən Bakı Dağ Yəhudi İcmasının sədri Semyon Borisoviç İxilova fəxri diplomun təqdimetmə mərasimi olub. Təqdimetmə mərasimində DQDK-nın sədri Hidayət Orucov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxüislam Hacı Allahşükür Paşazadə, Bakı Dağ Yahudi icmasının sədri Semyon İxilov və digər icma nümayəndələri iştirak ediblər. Mərasimin davamında söz alan Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkədə din xadimlərinə olan yüksək münasibətdən və qayğıdan danışıb. Bir sözlə, müsəlman ölkəsində yəhudi xadimini nəfəsi çatdıqca şişirdib.
Hicabla bağlı vədini yerinə yetirə bilmədiyi üçün dindarlar qarşısında üzüqara olan Şeyx bu dəfə Semyon həzrətlərinə üz tutub. Semyon da söz verib ki, Misir kimdir, Əliyevlə özüm danışaram! Amma Şeyxə tapşırıb ki, dindarlar səs-küy salmasınlar, həmişə olduğu kimi gündə min salavat çəksinlər. Əgər artıq vaxt qalsa iki min salavat çəkə bilərlər.
Bəli, ümid qaldı Semyon İxilova. Atrıq işmiş etiraz etmək, artıq işmiş din alimlərindən vəzifə öyrənmək, artıq işmiş… Allah şeytana lənət etsin, adam az qalır başına kipadır-nədir, o zaddan qoyub, müsəlmanlığın daşını atsın və qoşulsun Misir Mərdanova! 

Babək Təbrizli (HaqqYolu üçün)
Comment