0
Friday 31 December 2010 - 08:48

ABŞ və Venesuela arasında diplomatik böhran

Story Code : 48608
ABŞ və Venesuela
ABŞ və Venesuela
ABŞ və Venesuela arasında diplomatik gərginlik artır.
Böhran Venesuela prezidenti Uqo Çavesin Vaşinqtonun Karakas səfirliyinə təyin edilən Larri Palmerin ölkəyə girməsinə izin verməməsi ilə başlayıb.
Çaves xalqa müraciətində "Palmeri ölkəmə soxmadığım üçün Vaşinqton bizə cavab verəcəkmiş. Görək, neynəyəcəklər" deyib. Ağ Ev isə Venesuelanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib.
Venesuelanın Vaşinqtondakı səfiri Bernardo Alvares Herreranın vizasının ləğv edildiyi açıqlanıb. Səfirin başqa bir ölkədə səfərdə olduğu və bir daha Amerikaya qayıtmayacağı vurğulanıb.
Comment