QR CodeQR Code

Hacı İlqar təkzib etdi

31 Dec 2010 09:28

IslamTimes - “Səhər” kanalında Hacı İlqar İbrahimoğlunun guya mərcəyi-təqlidlərin fətvası kontekstində müsahibə verməsi barədə xəbər yayılmışdır.


Bu barədə şərh vermək üçün Hacı İlqarla əlaqə saxladıq. Hacı İlqar bunları bildirdi: “Bismilləhir-Rahmənir-Rahim! Yayılan xəbər təəssüf və təəccüb doğurur. Mən heç yerdə nəinki nökəri olmaq istədiyim Zəmanə Sahibinin (ə.f.) naibləri saydığım əziz məracələr haqqında heç nə deməmişəm, hətta belə deyimləri özüm üçün ümumiyyətlə mahallardan, qeyri-mümkünlərdən sayıram. Əziz və möhtərəm məracənin fikirlərinə şərh verməyi mən özümə sığışdıra bilmərəm və bunu özüm üçün hətta bir həqarət olaraq da dəyərləndirirəm.
Bu məsələnin nə səbəbdən ərsəyə gəlməsini izah etməyə çətinlik çəkirəm. İnşəallah ki, bu anlaşılmamazlıq texniki xətalar üzündən baş verib. “Səhər” kanalına nəinki bu mövzuda, ümumiyyətlə yaxın müddətdə heç bir müsahibə verməmişəm. Yeri gəlmişkən “Səhər” kanalının üzrxahlıqlarını da qəbul edir və “keçmiş olsun” deyirəm.
Belə olan halda, bu anlaşılmamazlığı sanki bir fürsət bilərək, kimlərinsə bu mövzuda yol verdiyi böhtan, şər və sui-zənlərdən Uca Allaha pənah aparıram. Hətta belə deyimlərin yer almasının güman edilməsindən belə heyrətlənir və üzülürəm.
Uca Allaha dua edirəm ki, axır-əz-zəmanın fitnələrindən hamılıqla üzüağ çıxmaq tofiqatını bizlərə nəsib etsin!”.


Story Code: 48612

News Link :
https://www.islamtimes.org/az/news/48612/hacı-ilqar-təkzib-etdi

Islam Times
  https://www.islamtimes.org