0
Sunday 20 September 2015 - 15:50

Bakı məktəblərində yenə HİCAB qadağası

Story Code : 486527
Bakı məktəblərində yenə HİCAB qadağası
Bakı məktəblərində yenə HİCAB qadağası
“Direktor məni övladlarımla birlikdə məktəbin qapıları arxasında qoyub. Uşaqlarım ilk məktəb günlərində psixoloji travma alıblar”.

Bunu iki övladı Bayıl qəsəbəsindəki 49 saylı məktəb-liseydə təhsil alan Vüsalə Yusifova deyir.

“4 GÜNDÜR QAPI ARXASINDA QALMIŞIQ”

Onun sözlərinə görə, 3 gün əvvəl 2-ci və 4-cü sinifdə təhsil alan qızlarını məktəbə apararkən elə qapıdaca qalmaqalla üzləşib:

“Məktəb başlamamışdan bir həftə əvvəl xəbərdarlıq etmişdim ki, qızım Aydan məktəbə hicabla gələcək. Direktor onda da etiraz etmişdi, demişdi “məktəbə buraxmayacağam”. Sentyabrın 15-də məktəbə getmədik, düşündüm ki, məsələni həll edək, sonra uşaq məktəbə rahat gedib-gələ bilsin. Ayın 16-da uşaqları götürüb məktəbə getdim. Uşaqlar keçdi, hicablı qızıma əvvəl kitab veriblər, sonra direktorun göstərişi ilə kitabları geri alıblar. Direktor deyib, “get, hicabı aç, gəl”. Dedim, “məktəbə buraxmırsan, buraxma, ancaq uşaq məktəbə hicabla gəldiyinə görə məktəbə buraxmamağını yazılı bildir”. 4 gündür məktəb başlayıb, biz hələ də qapı arxasında qalmışıq. Daş atıb başını tutub ki, “sənin hicablı uşağın mənim məktəbimdə oxumayacaq””.

Valideyn düşünür ki, məktəb geyimi normativlərində baş örtüyü qadağası yoxdur. Üstəlik, direktor onun övladını məktəbə buraxmamaqla təhsildən yayındırır.

GEYİMDƏ BAŞ ÖRTÜYÜ YOXDUR

Məktəbin direktoru Təhminə Əsədova isə deyir, məktəb geyimi normativinə hicab daxil deyil:

“Məktəbli geyiminin içərisində baş örtüyü nəzərdə tutulmayıb”.

Təhsil Nazirliyindən məsələnin araşdırılacağı bildirilib.

4 il əvvəl Sumqayıt sakini Azər Əzizov Sumqayıt İnzibati İqtisad Məhkəməsində övladının hicaba görə məktəbə buraxılmaması ilə bağlı 23 saylı orta məktəbə qarşı iddia qaldırmışdı. Məhkəmə iddianı təmin etmişdi./Azadlıq Radiosu/
Şərhlərə bax və Şərh yaz
Şərh et

Şərhlərinizdə qarşı tərəfi alçaldacaq ifadələrə yer verməməyiniz zəruridir. Əks təqdirdə şərh ya ixtisar ediləcək, ya da səhifəyə çıxarılmayacaq.
E-poçt:
Adınız:
Nəzəriniz:
Kodu yenilə
Şəkildəki kodu yazın:
Source : Nur.az.com
Comment