0
Friday 31 December 2010 - 15:55

Sionist İsrail və Erməni rejimlərinin oxşar siyasəti

Story Code : 48673
Sionist İsrail və Erməni rejimlərinin oxşar siyasəti
Sionist İsrail və Erməni rejimlərinin oxşar siyasəti
Islam times.org/az - Qondarma Erməni soyqırımı uzun illərdir ki, bütün dünyanı məşğul etməklə yanaşı, həm Türkiyəni, həm də Azərbaycanı narahat edən mövzulardandır. Sözsüz ki, Türkiyəni təzyiq altında saxlamaq istəyən güvvələr də bu gondarma soygırımdan yararlanmaga calışırlar. Məgsədləri də Türk dövlətini daha böyük güzəştlərə sürükləməkdir. Bu mənzərəni seyr edərkən ortaya belə bir sual cıxır: Türkiyə Erməni soyqırımının tanınmasından niyə narahatdır? Erməni soyqırımı tanınsa, Türkiyə hansı problemlərlə üzləşə bilər?
Bu suallara cavab tapmag ücün indiyə qədər tanınmış soyqırımları nəzərdən kecirsək, ermənilərin planlarını anlamaq mümkündür. Nümunə olaraq, yəhudilərə qarşı törədilmiş soyqırımı, serblərin bosniyalılara garşı hərəkətlərin doğurduğu nəticələri götürək. Bu müqayisədə məqsəd qondarma "erməni soyaqırımı"nı Holokostla eyniləşdirmək deyil, qondarma soyqırım tanınarsa, türk dövlətinin, eləcə də Azərbaycanın bu tanıtmadan sonra hansı vəziyyətlə üzləşəcəklərini göstərməkdir.
Holokost dünya ictimaiyyeti tərəfindən tanındıqdan sonra yəhudilərin Alman dövlətindən, eləcə də sürgünlərdə iştirak etmiş Alman firmalarından aldıqları kompensasiyalar 100 milyard Alman markasından çox oldu. Bu günə gədər də kompensasiya gəlməkdə davam edir. Məhz bu kompensasiyaların sayəsində İsrail dövləti ayağa qalxa bildi, böyük bir sionist sistem qurdu.
Ermənilər də eyni yolu gedirlər. İddialarına görə, Osmanlı İmperiyası dönəmində 2 milyondan çox erməni öldürülüb. Hər bir erməni ücün alınacaq kompensasiyanı hesablasaq, Türk dövlətinin ödəyəcəyi məbləğin 100 milyard dolları kecəcəyini düşünmək olar. Bu paranın erməni diasporuna, dəqiq desək, Amerika Birləşmiş ştatlarındakı erməni təşkilatlarına ödəniləcəyi şübhəsizdir. Bu təşkilatların Qarabağ savaşının, Qarabağın İşğalının İlhamvericisi, dizayneri olduğunu bilirik. Həmin paraların Qarabağdakı separatçı erməni rejiminin qalxınmasına xərclənəcəyini indidən söyləmək olar. İraqda, Suriyada və digər üçüncü dünya ölkələrində yaşayan ermənilərin Dağlıq Qarabağa köcürülməsi üçün ermənilərə iri məbləğdə maliyyə lazımdır. Bu maliyyəni də Türkiyədən almaq istəyirlər. Bu milyardlarla Dağlıq Qarabağda şəhərciklər salmaq istəyirlər, necə ki, yəhudilər fələstinlilərin torpaqlarında yenı şəhərlər salıb, oraları özününküləşdirirlər. Həmin şəhərciklərdə 100 minlərlə erməni yaşaya bilər. Bu isə Azərbaycanın Qarabağı de-fakto itirməsi deməkdir.
Bu, uzun illərdir Ermənistanı mühasirədə saxlayan, böyük projelərin Ermənistandan yan kecməsini saxlayan Azərbaycan dövlətinin xarici siyasəti iflasa uğratmaqla yanaşı, həm də xarici siyasətində ən böyük dəstəkçisinin gözdən salınması deməkdir. Bu tanınmadan sonra Türkiyə dövlətinin nüfuzuna ciddi zərbə dəyəcək. Onun regionda ciddi qəbul olunmayacağını indidən söyləmək olar. Türkiyənin Avropa Birliyinə daxil olmaq ücün göstərdiyi səylərin üstündən xətt çəkiləcək. Əgər Türkiyə Avropa Birliyinə daxil olarsa, erməni planı ən azından yaxın 20 ildə öz əhəmiyyətini itirə bilər. Qondarma soyqırımı tanıyan dövlətlərin bir təşkilatda birləşdikləri Türkiyəyə qarşı çıxmayacaqlarını söyləmək mümkündür.
P.S. Ermənilərin söykəndiyi mənbələrdə ermənilərlə yanaşı 132 min türkün öldürülməsi də qeyd olunur. Təəsüf ki, dünya birliyi bu fakta göz yumur.
Reporter :
Source : IslamTimes
Comment