0
Tuesday 22 September 2015 - 12:58

Ukraynanın Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qərarı qüvvəyə minib

Story Code : 486901
Ukraynanın Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qərarı qüvvəyə minib
Ukraynanın Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qərarı qüvvəyə minib
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, fərmanda fiziki şəxslərlə bağlı siyahıya müəyyən dəyişikliklər edilib. Sənəddə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fiziki şəxslərə qarşı xüsusi iqtisadi və məhdudlaşdırıcı tədbirlərin görülməsi, o cümlədən fiziki şəxslərlə bağlı siyahıya dəyişikliyin edilməsi təsdiq edilir. Siyahıdan 6 avropalı jurnalistin adı çıxarılıb.

Son fərmana əsasən rəsmi Kiyev tərəfindən sanksiya tətbiq edilən fiziki şəxslərin sayı 382, hüquqi şəxslərin sayı isə 105 nəfər olub. Sanksiyalar ölkəyə səfər, mülkiyyətə həbs qoyulması kimi məhdudiyyətləri əks etdirir və bir il qüvvədə qalacaq.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Source : Apa
Comment