0
Saturday 1 January 2011 - 00:58

Ərdəbil İmam Cüməsi hicaba qadağanı pislədi

Story Code : 48694
Ərdəbil İmam Cüməsi hicaba qadağanı pislədi
Ərdəbil İmam Cüməsi hicaba qadağanı pislədi
Höccətülislam Seyid Həsən Amili Ərdəbilin bugünkü cümə namazı xütbələrində deyib:
Əhalisi şiə olan bir ölkədə elə bir halda islam simvollarına hücum etmək və onunla mübarizə aparmaq siyasəti yürüdülür ki, yəhudilər, xristianlar və digər firqələr öz məzhəbi simvollarını əzizləyirlər və bu imkan onlara yaradılır. Lakin islamın əsas simvolu hicabla sərt davranılır.

"Əhalisi şiə olan bu ölkədə azlıq təşkil edən yəhudilər üçün ən böyük məktəb və məzhəbi məkan inşa olunur, bu, tolerantlıq və demokratiya kimi qeyd olunur, yəhudilərin rəhbəri medalla təltif olunur. Lakin hicablı məktəblilərin məktəblərə getməsinin qarşısı alınır" –deyə Amili qeyd eedib.

Ərdəbilin imam cüməsi deyib: Təəssüfləndiricidir ki, bəzi azəri rəsmilər islami hicabla mübarizəni inkişaf üçün səy kimi qeyd edir və hicabı geridə qalmanın səbəbi və geriyə hərəkət kimi hesab edirlər.

"Onlar Avropa və Amerikanın dalınca getməyi fəxr edirlər. Bu elə bir haldadır ki, dünyanın azad xalqları və müsəlmanlar onların düşündükləri yolun əksinə olaraq ABŞ və imperializmə qarşı öz hərəkətlərini möhkəmləndirirlər" –deyə Ərdəbilin imam cüməsi bildirib.

Amili azəri rəsmilərə xəbərdarlıq edib ki, sionistlər Azərbaycan Respublikasında ictimai böhranlar yaratmaq üçün təhlükəli fitnə və plan cızıblar.
Amilinin sözlərinə görə, sionistlər bir tərəfdən İran və Azərbaycan Respublikası arasında ixtilaf yaratmaq, digər tərəfdən isə Azərbaycan Respublikasının ümumi fikrini ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ məsələsində digər məsələlərə tərəf yönləndirməyə çalışırlar.

"Biz Azərbaycan Respublikası və onun müsəlman və şiə xalqını sevirik və söylədiyimizin hamısı bu müsəlman ölkəsinin məsləhətinə uyğundur" –deyə Ərdəbilin imam cüməsi sözlərinə son verib.
Source : IRIB
Comment