0
Saturday 1 January 2011 - 01:01

İran Qarabağ məsələsində Azərbaycan Respublikasını tam müdafiə edir

Story Code : 48695
İran Qarabağ məsələsində Azərbaycan Respublikasını tam müdafiə edir
İran Qarabağ məsələsində Azərbaycan Respublikasını tam müdafiə edir
Bunu Təbriz şəhərinin İran İslam Respublikası İslami Şura Məclisində deputatı, doktor Məhəmməd Hüseyn Fərhəngi APA-ya açıqlamasında deyib.

Fərhəngi əlavə edib : " Ümid edirik ki, bu məsələ öz həllini tapacaq. Ermənistanın özünün fikir bildirmək qüdrəti olsaydı, bu məsələ asanlıqla öz həllini tapardı. Təbii ki, məsələnin iki ölkənin parlamentlərarası dostluq qrupunun vasitəsi ilə rəsmi müzakirəyə çıxarılması lazımdır”.

Parsabaddan olan deputat Vəkil Sepəh isə APA-ya açıqlamasında deyib: “ Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün uzun illərdir çalışır. Əlbəttə bu bizim üçün aydın deyil. Kənar ölkələr bu məsələnin həllində maraqlı deyillər. Məsələnin həlli yalnız region ölkələrinin vasitəsi ilə ola bilər”.

Vəkil Sepəh bildirib ki, münaqişə tərəfləri razılıq verəcəyi təqdirdə İran münaqişənin nizamlanmasında vasitəçilik edə bilər.
Source : IRIB
Comment