0
Saturday 1 January 2011 - 07:41

Əhmədinejad "Peugeot 504" avtomobilini hərraca çıxaracaq

Story Code : 48708
Əhmədinejad "Peugeot 504"
Əhmədinejad "Peugeot 504"
"IslamTimes"-in "RajaNews" saytına istinadən verdiyi xəbər görə, prezident maşınının satışından əldə ediləcək vəsait evsiz insanların sığınacaqla təmin olunmasında xərclənəcək. Avtomobil fevral ayında digər 70 klassik maşınla birlikdə hərraca çıxarılacaq. 70 klassik maşından əlavə hərracda dünyanın digər 40 yeni və qiymətli avtomobilləri də olacaq. Amma qiymətli maşınların da hərracda olmasına baxmayaraq, bütün nəzərlər İran prezidentinin avtomobilinə yönəlib. Əhmədinejadın bu addımı müxtəlif ölkə rəsmiləri tərəfindən müsbət qarşılanıb. Nəzərinizə çatdıraq ki prezidentin avtomobili Peugeot-506-dır.
Comment