QR CodeQR Code

Timoşenko 10 saat sorğu-sual edilib

1 Jan 2011 08:17

IslamTimes - Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko Kiyev prokurorluğuna çağırılaraq 10 saat dindirilib


Dindirmə dünən gecə yarısına qədər davam edib. Müstəntiqlər keçmiş Baş nazirin vəzifədən sui-istifadə və dövlət büdcəsinin düzgün xərclənməməsi ittihamı üzrə araşdırma apardıqlarını deyiblər.
Timoşenko isə ekoloji layihələrə ayrılan büdcəni kəskin ehtiyac olduğundan pensiyaların ödənilməsinə yönəltdiyini, başqa bir qanun pozuntusuna yol vermədiyini deyir.
Yuliya Timoşenko 2004-cü ildə Ukraynada baş vermiş Narıncı İnqilabın əsas fiqurlarından biridir. Keçən il prezident seçkisində indiki prezident Viktor Yanukoviçə uduzub. Bu yaxınlarda Timoşenkonun hökumətindəki bir neçə başqa nazir, o cümlədən Daxili İşlər naziri də həbs edilib. /XezerXeber/


Story Code: 48711

News Link :
https://www.islamtimes.org/az/news/48711/timoşenko-10-saat-sorğu-sual-edilib

Islam Times
  https://www.islamtimes.org