QR CodeQR Code

Sәudiyyә Minada hәlak olanları kütləvi halda dəfn edir

29 Sep 2015 19:40

IslamTimes - Fələstinin Səma informasiya agentliyi, Səudiyyə Ərəbistanının Minadakı faciədə həyatını itirən və şəxsiyyəti məlum olmayanları kütləvi olaraq dəfn etdiyini qeyd edib.


Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Səudiyyə rəsmiləri, müxtəlif karvan rəsmilərindən, Mina faciəsində həlak olan ən az 600 naməlum cəsədlərin kütləvi şəkildə torpağa tapşırma mərasimində iştirak etmələrini istəyib. Xəbərdə, cənazələrin getdikcə qoxu verməsinə işarə olunaraq, Səudiyyə rəsmilərinin bu cəsədlərin fotoşəkillərinin çəkilməsinə icazə vermədiyi və həlak olanların kütləvi qəbirlərdə dəfn ediləcəyi qeyd olunub. /deyerler/


Story Code: 488086

News Link :
https://www.islamtimes.org/az/news/488086/sәudiyyә-minada-hәlak-olanları-kütləvi-halda-dəfn-edir

Islam Times
  https://www.islamtimes.org