QR CodeQR Code

Rusiyada təyyarə qəzasında zərərçəkən sərnişinlər arasında Azərbaycan vətəndaşları yoxdur

1 Jan 2011 23:29

IslamTimes - Şənbə günü Rusiyanın Surqut şəhərində baş vermiş təyyarə qəzası nəticəsində həlak olan və yaralılar arasında Azərbaycan vətəndaşları yoxdur.


Bu barədə Trend-ə Rusiya FHN Xantı-Mansiysk şəhəri üzrə şöbəsindən bildiriblər.
"Bütün zərərçəkənlər Rusiya vətəndaşlarıdır, onların arasında Azərbaycan vətəndaşları yoxdur", - FHN-dən deyiblər.
RİA Novosti agentliyinin yaydığı məlumata əsasən, Surqutdan Moskvaya uçuş həyata keçirən Tu-154 markalı təyyarə yerli vaxtla saat 15:25 də Surqut hava limanına məcburi eniş edib. Buna təyarrənin turbinində alışma səbəb olub. Enişi həyata keçirəndən sonra təyyarənin içində olan 116 sərnişin təxliyə edilib. Az sonra təyyarədə partlama olub və yanğın başlayıb. Nəticədə 1 nəfər ölüb, 34 nəfər xəsarət alıb.


Story Code: 48809

News Link :
https://www.islamtimes.org/az/news/48809/rusiyada-təyyarə-qəzasında-zərərçəkən-sərnişinlər-arasında-azərbaycan-vətəndaşları-yoxdur

Islam Times
  https://www.islamtimes.org