QR CodeQR Code

Oyun, yoxsa…

2 Jan 2011 07:36

IslamTimes - «Azərbaycan» qəzetində ABŞ dövləti və siyasi xadimləri beynəlxalq narkomafiyada, transmilli cinayətkarlıqda, dövlətləri işğal etməkdə, əxlaq pozğunluğunda və korrupsiyada ittiham olunub.


“Azərbaycan” qəzetində ABŞ dövlətinin tarixini və bu gününü hədəfə alan geniş məqalə dərc olunub. Qəzetin Internet səhifəsində daha peşəkar variantda rusca mətn də yerləşdirilib. Bu o deməkdir ki, məqalə Moskvadan xeyli bəhrələnib. Hətta bəzi tədqiqat üsullarına diqqət yetirsək, Moskvada yazıldığına dair fikirlə güclənə də bilər. Amma mübahisəsiz olan odur ki, Ilham Əliyev açıq şəkildə ABŞ-a və birbaşa Obama administrasiyasına hücum əmri verib. Əlbəttə, bu hücumun təsirləri barədə ciddi müzakirə yersizdir, amma əsas olan Ilham Əliyevin mövqeyini bu qədər açıq ortaya qoymasıdır. Yazıda ABŞ dövləti və siyasi xadimləri beynəlxalq narkomafiyada, transmilli cinayətkarlıqda, dövlətləri işğal etməkdə, əxlaq pozğunluğunda və korrupsiyada ittiham olunub.
Yazıda: ABŞ-ın başqa ölkələrə münasibətdə riyakar və əxlaqazidd davranışı onun siyasi elita nümayəndələrinin davranışı ilə həmahəngdir. Bütün planetə əxlaq dərsi keçən, əməlisaleh həyat prinsiplərini öyrədən alimnüma görkəmli, ağsaçlı möhtərəm qocalar özləri çox vaxt insanın naqis və acgöz təbiətinin təcəssümünə çevrilirlər. Qeyri-ənənəvi seksual oriyentasiyanın nümayəndələrinin ABŞ-ın İraqda və Əfqanıstanda hərbi kontingentində xidmətə cəlb edilməsinə rəsmən icazə verilməsi bu ölkənin siyasi elitasında kök salmış tarixi naqisliyin təzahürüdür.
Məsələn, tanınmış konqresmenlər Mark Foley (Mark Foley), Veyn Heyns (Wayne Hans), Bob Livinqston (Bob Livingston), Geri Kondit (Gary Condit), Vilbur Mills (Wilbur Mills), Geri Stads (Gerry Studds), Den Kreyn (Dan Crane), Con Hinson (Jon Hinson), Ken Kalvert (Ken Calvert), Don Şervud (Don Sherwood), Fred Riçmond (Fred Richmond), Alen Hove (Allen Howe), Baz Lakens (Buz Lukens), Barney Frank (Barney Frank), Tom Evans (Tom Evans), hörmətli senatorlar Bob Pakvud (Bob Packwood), Geri Hart (Gary Hart), Ted Kennedi (Ted Kennedy), Larri Kreq (Larry Graig), Artur Broun (Arthur Brown), Devid Vitter (David Vitter), Brok Adams (Brock Adams), merlər və qubernatorlar Ceyms MakQrevi (Nyu-Cersi qubernatoru) (James McGreevey), Nil Holdşmit (Oreqon ştatının qubernatoru) (Neil Goldschmidt), Cim Vest (Spokane şəhərinin meri, Vaşinqton ştatı) (Jim West), Eliott Şpitser (Nyu-York qubernatoru) (Eliot Spitzer), Rudi Culiani (Nyu-York meri) (Rudy Giuliani), Paul Patton (Kentukki qubernatoru) (Paul Patton), Kvami Kilpatrik (Detroyt meri) (Kwame Kilpatrick), Çak Robb (Virciniya qubernatoru) (Chuck Robb), Bob Uayz (Qərbi Virciniya qubernatoru) (Bob Wise), Gevin Nyusam (San-Fransisko meri) (Gavin Newsom), Antonio Villarayqosa (Los-Anceles meri) (Antonio Villaraigosa), Donald DiFrançeska (Nyu-Cersi qubernatoru) (Donald DiFrancesco) azyaşlı qızları və oğlanları yoldan çıxardıqlarına görə ifşa olunmuş və məsuliyyətə cəlb edilmişlər. Bu işlərin yalnız bəziləri ilə tanış olduqdan sonra Amerikanın bir sıra siyası xadimlərinin simasının nə dərəcədə iyrənc olduğuna təəccüblənirsən. Məsələn, senator Larri Kreq aeroportun tualetində başqa kişi ilə seksual əlaqədə olmaqda ifşa edilmişdir. Yaxud Oreqon qubernatoru Nil Holdşmit öz uşaqlarının 14 yaşlı dayəsi ilə intim əlaqədə olmuşdur. Senator-demokrat Brok Adams isə səkkiz qadına "ilişmək"də və onları zorlamaqda ittiham edilmişdir. Spokane meri Cim Vest azyaşlı iki oğlana "ilişmək"də ittiham edilmişdir və s.
Bu naqislik dövlət başçılarından, hətta ölkənin banilərindən də yan keçməmişdir…
Yazıdan aşkar görünür ki, Ilham Əliyev bundan sonra ABŞ hökuməti ilə heç bir münasibət təsəvvür etmir – bunu Azadlıq yazır. Həqiqətdə isə yazı sadəcə bir oyun ola bilər. /HaqqYolu/ 


Story Code: 48829

News Link :
https://www.islamtimes.org/az/news/48829/oyun-yoxsa

Islam Times
  https://www.islamtimes.org