0
Wednesday 30 September 2015 - 22:55

Səudiyyə müvəqqəti işlər vəkili 4-cü dəfə İran Xarici İşlər Nazirliyinə çağırıldı

Story Code : 488371
Səudiyyə müvəqqəti işlər vəkili 4-cü dəfə İran Xarici İşlər Nazirliyinə çağırıldı
İslamazeri.az "IRNA"-ya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı rəsmilərinə Mina faciəsindən zərər çəkənlərə qarşı hüquqi və şəri məsuliyyətlərini xatırlatmaq üçün bu ölkənin Tehrandakı müvəqqəti işlər vəkilini 4-cü dəfə çağırıb.

İran Xarici İşlər Nazirliyinin Konsulluq direktoru Əli Çəgini bu gün Səudiyyə Ərəbistanının müvəqqəti işlər vəkili Əhməd Mövludu Xarici İşlər Nazirliyinə çağıraraq, builki Həcc təşkilatçılığı zamanı baş verən faciə səbəbilə itkin düşənlərin müəyyən edilməsi, həyatını itirənlərin İrana göndərilməsi kontekstində hər növ etinasızlıq və laqeydlik mövzusunda xəbərdarlıq edib. Görüşdə Əli Çəgini faciənin məsuliyyətinin qəbul edilməsinin və həyatını itirənlərin dərhal aşkar edilərək göndərilməsini təmin etməyin, yaralıların müalicə edilməsinin və Səudiyyə Ərəbistanının İran xalqı başda olmaqla, bütün İslam aləmindən üzr istəməsinin bundan sonra atılacaq ən məntiqli addım sayıldığını söyləyib. Hüznlü İran xalqının həssaslığına işarə Ə. Çəgini faciənin ağırlığını yaşayan ailələrdən heç birinin öz əzizlərinin Səudiyyə Ərəbistanında dəfn edilməsini istəmədiyini və onların pak nəşlərinin dərhal ehtiramla vətənlərinə gətirilməsini istədiklərini bildirib. Görüşdə İran daxili işlər nazirinin Səudiyyədəki həmkarına yazdığı məktub Səudiyyə müvəqqəti işlər vəkilinə verilib. Əhməd Mövlud İran İslam Respublikasının tələblərinin ən qısa zamanda Səudiyyə hökumətinə çatdırılacağını söyləyib.
Source : Islamazeri
Comment