0
Sunday 2 January 2011 - 14:07

MOSSAD , MKİ və Mİ6 İranda nüvə alimlərinin ortaq düşməni

Story Code : 48885
MOSSAD , MKİ və Mİ6 İranda nüvə alimlərinin ortaq düşməni
MOSSAD , MKİ və Mİ6 İranda nüvə alimlərinin ortaq düşməni
FARS Xəbər Agentliyini verdiyi məlumata əsasən, sionist Yerusalim Post qəzeti Fransanın Kanard Enşiye qəzetinə istinad edərək bu məlumatı yayıb.
Fransanın təhlükəsizlik mənbələri bildiriblər ki, Amerika və İngiltərənin casusluq təşkilatları MOSSAD-la əməkdaşlıq edərək, İranın nüvə fəaliyyətlərində təxribatçılıq törətmək üçün geniş fəaliyyətlərə başlayıblar. Bu fəaliyyətlər isə qeyd edilən iki ölkənin İrana qarşı hərbi metodlarının təsirsiz olması haqda İsrail rejimini qane etməsindən sonra həyata keçirilməyə başlayıb".

Fransanın təhlükəsizlik mənbələri həmçinin bildiriblər ki, elə bu istiqamətdə sionist rejimin Xarici Casusluq Təşkilatı Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ və İngiltərənin Casusluq Təşkilatının əməkdaşlığı ilə bu haqda çoxlu təxribatçılıq hərəkətləri həyata keçiriblər . İranın nüvə təsisatları kompüterlərində STAKSNET virusunu yaymaq bu təxribatçılıq fəaliyyətlərinin bir hissəsidir. Əlbəttə bu virus dərhal İranın alimləri tərəfindən aşkar edilərək, zərərsizləşdirilib.
Bu məlumatda sonra belə deyililir:" İranın 5 nüvə aliminin terror edilməsi əməliyyatı da qeyd edilən casusluq təşkilatları tərəfindən həyata keçirilib və bu təşkilatların İranın sülhsevər nüvə fəaliyyətlərinə və İrandakı nüvə elmi inkişafına qarşı maneçilik törətmələri üzrə əməkdaşlıqları yenə də davam etməkdədir".

Sionist rejimin bütün bu terrorçuluq fəaliyyətləri terrorizmlə mübarizə iddiasında olan ölkələrin əməkdaşlığı ilə həyata keçirilir.
Source : IRIB
Comment