QR CodeQR Code

"ABŞ silahlı münaqişə zonalarında qəsdən GPS siqnalına müdaxilələr edir"

Nur.az.com , 5 Oct 2015 00:01

İslamtimes - Rusiya Silahlı Qüvvələri Amerikanın GPS naviqasiya sisteminə etibar etmir, çünki onun siqnallarına qəsdən müdaxilələr və bilərəkdən yanlış düzəlişlər edilir.


Bunu Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun qərargah rəisi general-mayor Anatoli Nesteçuk “RSN” radiostansiyasının “Baş Qərargah” (“Qenştab”) proqramında bildirib.

“Son silahlı münaqişələrin təhlili göstərdi ki, düşmən dezinformasiya məqsədilə öz sistemlərinin naviqasiya göstəricilərinə qəsdən düzəlişlər etmək imkanından aktiv şəkildə istifadə edir. Biz GPS qəbuledicilərinin təqdim etdiyi məlumatları nəzərə almırıq”, deyə Anatoli Nesteçuk qeyd edib.

“Onlar, həqiqətən, bu üsuldan istifadə edirlər”, deyə general fikrini bir daha təsdiqlədi.


Story Code: 489002

News Link :
https://www.islamtimes.org/az/news/489002/abş-silahlı-münaqişə-zonalarında-qəsdən-gps-siqnalına-müdaxilələr-edir

Islam Times
  https://www.islamtimes.org