0
Monday 3 January 2011 - 06:46

Xristianlar müsəlmanların günahsız olduğunu söylədi

Story Code : 48938
Xristianlar - Misir
Xristianlar - Misir

Partlayışdan saatların keçməsinə baxmayaraq kilsənin qarşısına yığışan xristianlar buradakı polis qüvvələrini daş və şüşə atəşinə tutublar. İğtişaşı yatırtmaq üçün polis əksəriyyətini gənclər təşkil edən xristianlara qarşı plastik güllə və gözyaşardıcı qazdan istifadə edib. Etiraz aksiyasına qatılanlar, partlayışda höküməti günahkar bilərək, problemin xristiyanlarla müsalmanlar arasında yox, hökümətlə xristianlar arasında olduğunu söyləyib. Bu hadisə həm də son 10 ildə Misirdəki xristian azlıqlara qarşı təşkil edilən ən qanlı hücum kimi xarakterizə edilir.
Ölkənin Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar "xarici ünsürləri" günahlandırıb. İskəndərriyə meri isə "Əl-Qaidə" terror təşkilatının İraq qanadının hadisəyə aidiyatı ola biləcəyinə işarə edib.
Prezidentliyi dövründə ölkədə bir çox çaxnaşmalara səbəb olan Hüsnü Mübarək isə yerli televiziyların birində çıxış edərkən ölkədə yaşayan hər dinə məxsus olan şəxslərin Misir vətəndaşı olduğunu bidirib.
Prezident, polis qüvvələrinə İskəndəriyədəki partlayışın səbəblərini araşdırmağı və məsulliyət daşıyanların ən ağır şəkildə cəzalandırılmasını tapşırıb.
Qeyd edək ki, partlayış zamanı 21 nəfər dünyasını dəyişib 83 nəfər yaralanıb.

Comment