QR CodeQR Code

“Human Rights Watch” Şeyx Salmanın azadlığını tələb edir

Islamazeri , 8 Oct 2015 23:45

Islamtimes - “Human Rights Watch” Bəhreynin iki siyasi məhbusunun azad edilməsini tələb edib


İslamazeri.az-ın "Bahrain online"-a istinadən verdiyi xəbərə görə, beynəlxalq təşkilatın Orta Şərq nümayəndəliyi Bəhreynin “əl-Vifaq” partiyasının sədri Şeyx Əli Salmanın və “Milli Demokratik İş” cəmiyyətinin sədri İbrahim Şərifin dərhal azad edilməsini istəyib. Təşkilat bildirib: "Adı çəkilən 2 şəxs daima ölkədə siyasi islahatların baş verməsi və sabitliyin qorunması üçün çalışıblar. Onlar dəyirmi masa arxasında olmalıydılar, dəmir barmaqlıqlar arxasında yox. Biz onları dəstəkləyən digər dövlətlərdən bu məsələni gündəmdə saxlamalarını istəyirik."


Story Code: 489712

News Link :
https://www.islamtimes.org/az/news/489712/human-rights-watch-şeyx-salmanın-azadlığını-tələb-edir

Islam Times
  https://www.islamtimes.org