QR CodeQR Code

Rus təyyarələri ABŞ-ın F16-larını geri qaytardı

Nur.az.com , 9 Oct 2015 15:11

İslamtimes - ABŞ Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri ilk dəfə Suriyanın hava sahəsində Rusiya tərəfindən geri çevrilib.


Türkiyədə yerləşən İncirlik bazasında qalxan iki ABŞ təyyarəsi İŞID-in mərkəzi sayılan Raqqa yaxınlığındakı hədəfləri vurmağa yollanıb.

Amma bir rus təyyarəsi ilə qarşılaşan F16-lar ara məsafəsini qorumaq istəsə də rus təyyarəsi yolundan dönməyib.

ABŞ təyyarələri Rusiyaya aid təyyarə ilə qarşılaşmamaq üçün marşrutlarını dəyişmək məcburiyyətində qalıblar və bundan sonra F16-ların döyüş tapşırığı ləğv olunub.

ABŞ rəsmiləri Rusiyanın Suriyada əməliyyatlara başlamasından sonra ABŞ ordusunun pilotlarına rus təyyarələri ilə aralarında ara məsafəsi saxlamaq əmr olunduğunu bildirib.


Story Code: 489799

News Link :
https://www.islamtimes.org/az/news/489799/rus-təyyarələri-abş-ın-f16-larını-geri-qaytardı

Islam Times
  https://www.islamtimes.org