0
Tuesday 4 January 2011 - 08:07

Müsəlmanlarla xristianların xoş münasibəti İsraili narahat edir

Story Code : 49056
Hollandiya - məscid
Hollandiya - məscid
Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Misirdə kilsədə baş vermiş partlayışda İsrail rejiminin əli olduğu üzə çıxmışdı. Misir xristianları da müsəlmanların bu işi törətmədiyini söyləmişdilər.
Yeni il gecəsi kimliyi naməlum şəxslərin hücum etdiyi məscidin şüşələri və qapıları sındırılıb.
Məscid rəsmisi Ramazan Gül hücumun kimlər tərəfindən gərçəkləşdirildiyini bilmədiyini deyib: “Hollandiyalılarla münasibətimiz çox yaxşıdır. Bu cür hücumlar əvvəllər təkrarlanmadığı üçün indi də kim tərəfindən edildiyini və səbəbini bilmirik. Hadisə yerinə gələn polislər isə hücumun qəsdən törədildiyini dedilər”.
Hücumdan sonra narahatlıq keçirən məscid rəhbəri bundan sonra nəzarət sistemində ciddi dəyişikliklər ediləcəyini vurğulayıb: “Hər gecə son olaraq məscidi nəzarət məqsədi ilə başdan ayağa gəzir, işıqlarını söndürüb gedirdim. Amma gecə nəzarətindən sonra qapıların və şüşələrin sındırılması onu göstərdi ki, nəzarət sistemi dəyişilməlidir. Bizim buradakı insanlarla heç bir problemimiz olmadığından indiyədək ciddi mühafizəyə ehtiyac hiss etməməmişik. Amma artıq mühafizə işinin ciddiləşməsi zəruri hal alıb”.
Qeyd edək ki, hücum zamanı ciddi maddi ziyan dəyən məsciddə polislərin araşdırmaları hələ də davam edir.
Comment