0
Tuesday 4 January 2011 - 08:50

AİP sədri Əliyevi tənqid etdi

Story Code : 49064
AİP sədri Əliyevi tənqid etdi
AİP sədri Əliyevi tənqid etdi
Məclisin gündəliyinə əsasən, ölkəmizdə və beynəlxalq aləmdə baş verən hadisələr, Dağlıq Qarabağ problemi, cari məsələlər daxil edilmişdir.
Təhlil olunan məsələlər barədə giriş sözü ilə AİP sədri Mövsüm Səmədov çıxış edərək toplantı iştirakçılarına məlumat verdi və eyni zamanda çıxışına davam edərək ölkəmizin və Azərbaycan xalqının maraqlarına cavab verməyən bir sıra hadisələrə, ələlxüsus son günlərin aktual məsələsinə çevrilmiş dini-mənəvi amillərə və milli mentalitetimizə zidd olan addımlara partiyanın ümumi mövqeyini şərh etdi. M Səmədov ölkədə islam atributlarına hakimiyyət səviyyəsində neqativ və xalqımızın, həmçinin İslam dünyası və dünya müsəlmanları tərəfindən bəyənilməyən təzyiq, təcavüzləri kəskin pisləyərək, bütün bunların Respublikamızda qarışıqlıq yaradılmasına ölçüldüyünü bildirdi.
AİP sədri Mövsüm Səmədov son vaxtlar təhsil nazirliyinin orta məktəblərdə hicab qadağasının tətbiqini dinimizin vacib əməllərinə qarşı dözülməz və yolverilməz cəhd kimi qiymətləndirərək bunun xarici qüvvələrin, xüsusən İslam düşmənlərinin təsiri ilə baş verdiyini bildirib.
Qeyd olundu ki, hər bir xalqın mənəviyyatının əlindən alınması, aşındırılması, fərqi yoxdur dövlətin başçısı olsun , ya da sadə vətəndaş, o xalqın məhvi deməkdir. Bu gün bəzi üzdən iraq mətbuat orqanlarının və ölkə televiziyalarının əksəriyyəti sanki öz üzərinə belə bir misssiyanı götürmüş, müsəlman xalqımızın, İslam müqəddəslərinin, alimlərinin təhqirindən, aşağılamasından belə çəkinmirlər. Partiya sədri ölkədə baş verən ədalətsizliklərin əsas səbabkarı kimi ölkə prezidentini görüb. O, ölkədə baş verən özbaşınalıqlara görə, prerzident İlham Əliyevi kəskin şəkildə tənqid edib. M. Səmədov baş verənləri ölkəmizin və xalqımızın günahsız insanlarının faciəsi kimi qiymətləndirərək bütün vətəndaşları ayıq-sayıq olmağa, onları arzuolunmayan istiqamətə sürükləmək istəyən xəbis qüvvələrə qarşı vəhdət halında mübarizə aparmağa, müqavimət göstərməyə çağırıb.
Comment