0
Tuesday 4 January 2011 - 11:36

Ərdoğanın mövqeyinin möhkəmlənməsi terroristləri narahat edir

Story Code : 49080
Ərdoğan
Ərdoğan
Bunu PKK terror təşkilatının İmralı adasında həbsdə olan lideri Abdullah Öcalan deyib. “Mənim burda ölümüm bitməyən mühribənin başlanğıcı olacaq. Sabah zəlzələ olsa və mən ölsəm bu yenə də müharibə səbəbi olacaq. Mən təbii yollarla ölsəm bu konspirasiya sayılacaq, PKK bunu belə qəbul edəcək”.
Öcalan öz ölümünün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da ölümünə səbəb olacağını deyib və 8-ci prezident Turqut Özalın ölümünü nümunə göstərərək baş naziri hədələyib. “Nəticədə necə ölürsəm ölüm, öldürülmüş olacağam. Çünki həbsdəyəm. Bundan sonra nə olacağını heç bilmək olmaz. Hədəf Ərdoğan da ola bilər. Mən öz təcrübəmdən bilirəm. Belə bir prosesdə Özal öldürüldü, Ərdoğan da öldürülə bilər”.

Comment