QR CodeQR Code

Ərdoğanın mövqeyinin möhkəmlənməsi terroristləri narahat edir

4 Jan 2011 11:36

IslamTimes - PKK lideri: “Mən burda təbii səbəblərlə ölsəm belə PKK bunu konspirasiya kimi qəbul edəcək və ölkədə bitməyən müharibə başlayacaq”.


Bunu PKK terror təşkilatının İmralı adasında həbsdə olan lideri Abdullah Öcalan deyib. “Mənim burda ölümüm bitməyən mühribənin başlanğıcı olacaq. Sabah zəlzələ olsa və mən ölsəm bu yenə də müharibə səbəbi olacaq. Mən təbii yollarla ölsəm bu konspirasiya sayılacaq, PKK bunu belə qəbul edəcək”.
Öcalan öz ölümünün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da ölümünə səbəb olacağını deyib və 8-ci prezident Turqut Özalın ölümünü nümunə göstərərək baş naziri hədələyib. “Nəticədə necə ölürsəm ölüm, öldürülmüş olacağam. Çünki həbsdəyəm. Bundan sonra nə olacağını heç bilmək olmaz. Hədəf Ərdoğan da ola bilər. Mən öz təcrübəmdən bilirəm. Belə bir prosesdə Özal öldürüldü, Ərdoğan da öldürülə bilər”.


Story Code: 49080

News Link :
https://www.islamtimes.org/az/news/49080/ərdoğanın-mövqeyinin-möhkəmlənməsi-terroristləri-narahat-edir

Islam Times
  https://www.islamtimes.org