0
Tuesday 4 January 2011 - 11:57

Diplomatların tətil etməsi, Medvedevin İsrailə səfərini təxirə salıb

Story Code : 49083
Rusiya - İsrail
Rusiya - İsrail
FaktXeber-in "lenta.ru"-ya istinadən verdiyi məlumata görə, səfərin təxirə salınmasına səbəb, İsrailin Xarici İşlər Nazirliyinin əməkdaşlarının tətil etməsi olub. Onların iştirakı olmadan, görüşü təşkil edib keçirmək demək olar ki mümkün olmayan bir işdir.
Siyasətçilər bundan əvvəllər də bu cür etiraz tətilləri etmişdilər. Onların bu etirazı qaneedici olmayan iş strukturudur. Onlar işə cins şalvar və sviterdə gəlir, rəsmi qəbula ağ köynək əvəzinə qara köynək geyirdilər.
Lakin bu dəfə onlar genişmiqyaslı etiraz etməyə çalışıblar. Onlar əmək haqlarının artırılmasını və əmək şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər.
İsrail mətbuatının yazdığına görə, Medvedev İsrailə Rusiya nümayəndə heyətinin başında olaraq, nazirlər, iri sahibkarlar və digər yüksək vəzifəli simalar daxil olmaqla 500 nəfərlə getməli idi.
Comment